Minsk-2019: Badmintonçumuz qrup ikincisi kimi 1/8 finala vəsiqə qazandı


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında badmintonçuların qrup mərhələsinin son qarşılaşmalarına start verilib.
Kişilərin fərdi yarışlarında G qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi Ezmi Qovimuramadhoni növbəti görüşünü keçirib.
İlk iki turda qalib gələn badmintonçumuz eyni uğura sahib olan Vladimir Malkovla (Rusiya) qarşılaşıb. Bu oyuna qədər hər iki idmançı 1/8 finala vəsiqə qazandığından görüşü qrup qalibinin adına aydınlıq gətirib.
Rəqibinə müqavimət göstərməkdə çətinlik çəkən təmsilçimiz iki setdə uduzub – 0:2 (7:21, 11:21). Badmintonçumuzun 1/8 finaldakı rəqibi digər qruplarda yarış başa çatdıqdan sonra dəqiqləşəcək.






Bu yazı

6690 dəfə oxunub

Tarix

2019-06-26 16:37:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev