Daha bir idmançımız Minsk-2019-da mübarizəni dayandırdı



Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi badmintonçuların 1/8 final mərhələsi start götürüb.
Azərbaycan yığmasının üzvü Ezmi Qovimuramadhoni 1/4 finala vəsiqə uğrunda mübarizə aparıb.
O, Mark Kalyou (Hollandiya) ilə qarşılaşıb. İlk setdə uduzan təmsilçimiz növbəti hissədə qalib gəlməyi bacarıb.
Cütün taleyinə 3-cü set aydınlıq gətirib. Həlledici hissədə qalib gələn hollandiyalı 1/4 finala yüksəlib – 2:1 (21:12, 17:21, 21:14). 1/8 finalda uduzan badmintonçumuz Avropa Oyunlarında çıxışını başa vurub.





Bu yazı

2791 dəfə oxunub

Tarix

2019-06-27 16:40:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev