Minsk-2019: Mariya Stadnik finalda


İyunun 27-də II Avropa Oyunları çərçivəsində qadın güləşçilərin mübarizəsinə start verilib. "Dvoreç Sport" arenasında keçirilən yarışda milli komandamızın aparıcı üzvü Mariya Stadnik (50 kq) polşalı Anna Lukasiakı məğlub etmək üçün 40 saniyə sərf edib-10:0. Türkiyəli Evin Dəmirxanla görüşdə Mariya 6:1 hesablı qələbə sayəsində finala vəsiqəni özü üçün təmin edib.

Təmsilçımiz Alyona Kolesnik (57 kq) macarıstanlı Ramona Qalambosla üz-üzə gəlib. O, 1/8 final mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub. Yarımfinala gedən yolda idmançimiz bolqaristanli Mimi Hristova uduzaraq, qızıl medalı əldən verib-0:6.

Elmira Qənbərova (62 kq) bu mərhələdə almaniyalı Luzie Manzke ilə qarşılaşıb. Xanım güləşçimiz bu görüşdə rəqibindən güclü olub -4:0. Yarımfinalda o, polşalı Katarzina Madrovska ilə görüşü qələbə ilə yekunlaşdırıb-9:0. Elmira Qənbərovanın final gedən yolda rəqibi rumıniyalı Kriszta İncze də yığmamızın üzvü ilə bacarmayıb-4:1.

Səbirə Əliyeva (76 kq) da bu mərhələni uğurla keçib. Güləşçimiz yunanıstanlı Aykaterini-Eirini Pitsiavanın qızıl medal ümidini puç edib-9:0. Səbirənin növbəti rəqibi britaniyalı Georgina Neltrop olub. Azərbaycanlı güləşci təşəbbüsu əldən verməyərək, görüşü öz xeyirinə başa vurub-8:2. Yarimfinal ugrunda görüşdə komandamızın üzvü almaniyalı Raedelt Frensinlə bacarmayıb-1:11.




Bu yazı

7231 dəfə oxunub

Tarix

2019-06-27 20:54:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev