Hacı Əliyev: “Qələbə üçün çox istəkli idim”


İkinci Avropa Oyunlarının qalibi olduğum üçün çox sevinirəm. Final görüşünün çətin olacağını əvvəlcədən bilirdim. Çünki rəqibim olduqca güclü idmançı idi. Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır.
Bu sözləri jurnalistərə açıqlamasında ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının qalibi olan Hacı Əliyev bildirib. 
Final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayan güləşçimiz deyib:
"Rəqiblərim arasında ən təcrübəlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Ona bir neçə dəfə məğlub olmuşdum. Rio Olimpiadasında da gürcüstanlı rəqibimə uduzmuşdum.  Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdım.  Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım”, - deyə Hacı Əliyev bildirib.  



Bu yazı

2896 dəfə oxunub

Tarix

2019-06-27 21:20:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev