Minsk-2019: Səkkizinci günün gündəliyi


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının səkkizinci günündə 12 dəst medal sahibini tapacaq.
Bu gün keçiriləcək görüşdə beş növdə qaliblər müəyyən olacaq.

Qadın güləşində 4, atletikada 1, velosiped idmanında 5, atıcılıqda 2 dəst medal uğrunda mübarizə yekunlaşacaq. Badminton, stolüstü tennis, çimərlik futbolu, boks və yunan-Roma güləşində də yarışlar davam edəcək.

Azərbaycan yığmasının üzvləri əsasən güləşin hər iki növü və boksda uğur qazanmağa çalışacaq. Atıcılarımız və velosipedçimiz isə qüvvəsini sınayacaq.

28 iyun

Boks 17:00. 69 kq, yarımfinal Lorenzo Sotomayor – Pat Makkormak (Böyük Britaniya) 17:30. 81 kq, yarımfinal Alfonso Dominqes – Simone Fiori (İtaliya)

Qadın güləşi 12:00. 57 kq, təsəlliverici görüş Alyona Kolesnik – Françeska İndelikato (İtaliya) 19:40. 50 kq, final Mariya Stadnik – Oksana Livaş (Ukrayna) 20:30. 62 kq, final Elmira Qəmbərova – Yuliya Tkaç (Ukrayna) 20:50. 76 kq, bürünc medal uğrunda Səbirə Əliyeva – təsəlliverici görüşün qalibi

Yunan-Roma güləşi 12:40. 60 kq, 1/8 final Sakit Quliyev – İvan Lizatoviç (Xorvatya) 13:10. 67 kq, 1/8 final Kərim Cəfərov – Haavard Yorgenssen (Norveç)

Velosiped idmanı 14:00. Şosse, kişilər, sprint Sergey Omelçenko

Güllə atıcılığı 14:00. Kiçikçaplı tapança, 25 m, qarışıq komanda Ruslan Lunyov-Nigar Nəsirova

Stend atıcılığı 10:00. Skit, qarışıq komanda Emin Cəfərov-Ruslana Cəfərova




Bu yazı

3608 dəfə oxunub

Tarix

2019-06-28 11:48:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev