Məmmədəli Mehdiyev: “Qarşıdan gələn dünya çempionatına daha motivasiyalı hazırlaşacağam”


Əsas məqsədim Minsk-2019-da çempion olmaq idi. Lakin sonda bürünc medalla kifayətlənməli oldum. Çalışacağam ki, qarşıdakı yarışlarda daha inamlı təsir bağışlayım.
Bu sözləri jurnalistlərə açıqlamasında II Avropa Oyunlarının cüdo yarışlarının bürünc mükafatçısı Məmmədəli Mehdiyev deyib.
"Təəssüf ki, yarımfinalda öz səhvimdən məğlub oldum. Etiraf edim ki, rəqibimdən həmin fəndi gözləmirdim. Əsas odur ki, Vətənə medalla qayıtdım. Bu mənim üçün sevindirici haldır. Özümə çox inanıram. Qarşıdan gələn dünya çempionatına daha motivasiyalı hazırlaşacağam.
Bir məsələni vurğulamaq istəyirəm. Mənim fikrimcə, ölkəmizdə keçirilən Avropa Oyunları daha möhtəşəm idi”, - deyə M.Mehdiyev bildirib.



Bu yazı

7881 dəfə oxunub

Tarix

2019-06-28 15:26:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev