Rüstəm Orucov: “Çox istəyirdim ki, ikiqat Avropa çempionu olum”



Finalda qarşılaşdığım rəqibimi bu günə qədər 5 dəfə məğlub etmişdim. Lakin Minskdə keçirilən ikinci Avropa Oyunlarında balaca bir texniki səhv qızıl medalı əlimdən aldı.
Bu sözləri jurnalistərə açıqlamasında II Avropa Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı Rüstəm Orucov deyib.
"Finaldakı isveçli rəqibimi çox yaxşı tanıyırdım. Ani texniki bir səhv məğlub olmağıma səbəb oldu. Çempionluq üçün çox istəkli idim. Çünki növbəti Avropa Oyunlarında iştirak edib-etməyəcəyim sual altındadır. Çox istəyirdim ki, ikiqat Avropa çempionu olum. Eybi yox, gələn il baş tutacaq növbəti Avropa çempiontında qızıl medal qazanaram. Qarşıda bizi daha bir mötəbər turnir - dünya çempionatı gözləyir. Bütün fikirlərimi bu mötəbər turnirə yönəldəcəyəm. Hazıra bizə 1 həftəlik istirahət verilib. Düzü zədəm var, qabırğam qırılıb. Zədəmi sağaldan kimi yenidən gərgin məşqlərə başlayacağam”, - deyə Rüstəm Orucov bildirib.



Bu yazı

3244 dəfə oxunub

Tarix

2019-06-28 16:25:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev