Mariya Stadnik: “Minskdə idmançılar üçün hər cür şərait yaradılıb”



Final görüşü çox çətin keçdi. Bir-birimizi yaxşı tanıyırıq. Məşqləri birgə edirik. Lakin daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi.
Bu sözləri "olimpiyadunyasi.com” saytına açıqlamasında II Avropa Oyunlarında komandamıza üçüncü qızıl medal qazandıran qadın güləşçimiz Mariya Stadnik söyləyib.
"Ukraynalı güləşçi ilə rəfiqə olduğumdan final görüşü psixoloji baxımdan çətin idi. Lakin sonda rəqibimə qalib gələrək qızıl medala sahib çıxdım. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Təşkilatçıların hamısına təşəkkür edirəm. Çünki Minskdə idmançılar üçün hər cür şərait yaradılıb. Heç bir çətinlik yaranmır. Yemək, nəqliyyat hər şey yaxşıdır. Yalnız qələbəyə köklənmək qalır”, - deyə Mariya Stadnik bildirib



Bu yazı

3102 dəfə oxunub

Tarix

2019-06-28 22:06:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev