“Benin International 2019” turnirində gümüş medal



Beninin Kotonu şəhərində keçirilən badminton üzrə "Benin International 2019” turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo turnirin gümüş medalını qazanıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kot-d'İvuar idmançısı Aleks Zlobeyə 2:0 (21-10,21-8) hesabı ilə qalib gəlib. İdmançımız səkkizdəbir finalda hindistanlı Harşit Aqarval üzərində 2:0 (21-18,21-17) hesablı qələbə qazanıb.
Dörddəbir finalda badmintonçumuzun rəqibi ABŞ təmsilçisi Timoti Lam olub. Gərgin keçən qarşılaşmanın sonunda Edi Reski Dviçayo təcrübəli rəqibi 2:1 (21-16,21-23,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan badmintonçusu Alap Mişra ilə görüşdə 2:0 (21-17,21-16) hesabı qələbə qazanan Dviçayo həlledici final görüşündə London və Rio olimpiadasının iştirakçısı, Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. Badmintonçumuz təcrübəli rəqibinə 0:2 (21-23,17-21) hesabı ilə uduzaraq turniri 2-ci sırada tamamlayıb.


Bu yazı

11311 dəfə oxunub

Tarix

2019-07-01 11:57:10

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev