Beynəlxalq memorial başa çatıb



Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq memoriala yekun vurulub.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Belarus, Qırğızıstan və Gürcüstandan olan atletlər iştirak ediblər. Turnirdə yeniyetmə oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparıblar. Yarışlarda Azərbaycanı paytaxt klubları ilə yanaşı, rayonlardan olan idmançılar da təmsil ediblər.
Beynəlxalq turnirin ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında azərbaycanlı atlet Çingiz İsrafilov, nüvəitələmədə belaruslu Stanislav Karlov qalib gəliblər. Qızların yarışında isə uzunluğa tullanmada gürcüstanlı Medeya Shoniya, nüvəitələmədə belaruslu atlet Alina Nikitsenka birinci yeri tutublar.
Oğlanlar arasında qaçış yarışlarında Əli Abdıyev (200 m) və Vahid Kərimov (800 m) birinci olub. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (200 m) və qırğızıstanlı atlet Aynuşka Kalilqızı (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunublar.



Bu yazı

2612 dəfə oxunub

Tarix

2019-07-01 13:12:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev