Triatlonçumuz açıq Asiya Kubokunun qalibidir



Triatlon üzrə Azərbaycan yığmasının üzvü Kseniya Levkovska açıq Asiya Kuboku turnirində qızıl medal qazanıb. Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən turnirdə idmançımız birinci yeri tutaraq aktivinə reytinq xalları yazdırıb. O, yarışı 1 saat 6 dəqiqə 23 saniyəyə başa vurub. K.Levkovska 750 metrlik su məsafəsini 10 dəqiqə 48 saniyəyə qət edib. İyirmi kilometrlik veloyürüş məsafəsini isə 33 dəqiqə 42 saniyəyə başa vuran idmançımız sonuncu - 5 kilometrlik qaçış zolağında 20 dəqiqə 3 saniyəlik nəticə göstərib.
K.Levkovska cari mövsümdə iki medal qazanıb.



Bu yazı

2483 dəfə oxunub

Tarix

2019-07-01 17:08:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev