Respublika Şahmat Mərkəzində “Bakı yayı” beynəlxalq şahmat festivalı keçirilir


İyulun 2-də Bakıda, Respublika Şahmat Mərkəzində ənənəvi "Bakı yayı” beynəlxalq şahmat festivalı start götürüb.
Şahmatçılar A (master), B (açıq), C (uşaq turniri U-12), D (rapid) və E (blitz) turnirlərində mübarizə aparırlar. Şeveningen sistemi üzrə keçirilən A turnirində azərbaycanlı şahmatçılardan başqa Türkiyə, Gürcüstan, İran, Rusiya, İraq, Belarus təmsilçiləri də iştirak edirlər. Onlardan 6-sı qrossmeyster, 4-ü beynəlxalq usta, 9-u isə FIDE ustasıdır.
İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət B turnirində şahmatçılarımızla yanaşı, İran, Fransa, ABŞ, Xorvatiya və Rusiya təmsilçiləri də güclərini sınayırlar.



Bu yazı

6592 dəfə oxunub

Tarix

2019-07-02 17:29:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev