Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş yarışların qalibləri mükafatlandırılıb



Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə idman tədbirləri keçirilib.
Yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışan İdman Cəmiyyətinin rəisi ölkə rəhbərliyinin daxili işlər orqanlarına, o cümlədən idmançı əməkdaşlara diqqət və qayğısını xüsusi vurğulayıb.
İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. O, birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də ayrı-ayrı idman növləri üzrə dünya, Avropa çempionatlarının, Qran-Pri yarışlarının, mötəbər turnirlərin ölkəmizdə keçirilməsini bunun ən gözəl nümunəsi olduğunu deyib.
Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev və Olimpiya çempionu Lyudmila Şubina da çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, yarışların iştirakçılarına uğurlar arzulayıblar.
Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirib ki, idmanın və Olimpiya hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması və kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.
Silsilə yarışlar çərçivəsində keçirilən cüdo, sərbəst və yunan-Roma güləşi, eləcə də boks turnirlərinin hər biri üzrə yüzdən çox idmançı mübarizə aparıb.
Yarışların qaliblərinə diplom və medallar təqdim olunub.



Bu yazı

7762 dəfə oxunub

Tarix

2019-07-04 10:52:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev