Napolidə Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi keçirilib


İtaliyanın Neapol şəhərində tələbələr arasında XXX Ümumdünya Yay Universiadası çərçivəsində Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi olub.
Tədbir Atletlər Kəndində keçirilib.
Qeyd edək ki, bu gün universiadanın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir "Napoli” futbol klubunun stadionu olan "San Paolo”da saat 23:00-da baş tutacaq. Açılış mərasimində Azərbaycan komandasının bayraqdarı Murad Fətiyev olacaq.
Universiada çərçivəsində artıq su polosu, futbol və suya tullanma yarışlarında mübarizə başlayıb. Turnirdə atletlər, həmçinin basketbol,voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar. İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 112 ölkədən 6 minə yaxın idmançı mübarizə aparacaq. Yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək.
Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.



Bu yazı

2793 dəfə oxunub

Tarix

2019-07-04 15:54:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev