Azərbaycan çempionu “Benfika” ilə bir qrupda



Futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə əsas mərhələdə çıxış edəcək Azərbaycan çempionu "Araz”ın da rəqibləri bəlli olub. A yolunda yer alan təmsilçimiz "Benfika” (Portuqaliya), "Halle Gooik” (Belçika) və "Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb. Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq. Qeyd edək ki, əsas mərhələnin oyunları 8 - 13 oktyabrda keçiriləcək.


Bu yazı

1973 dəfə oxunub

Tarix

2019-07-04 18:40:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev