Buffon yenidən “Yuventus”a qayıdıb



İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon yenidən "Yuventus” futbol klubunun şərəfini qoruyacaq.
Tibbi müayinədən keçən 41 yaşlı italiyalı qapıçı yaxın günlərdə "Yuventus” ilə bir illik müqavilə imzalayacaq. Yeni müqaviləyə əsasən futbolçunun illik məvacibi 1,5 milyon avro olacaq.
Ötən mövsüm Fransanın "Paris Sen-Jermen” klubunda forma geyinən qapıçının müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.
Xatırladaq ki, C.Buffon 2001-ci ildən 2018-ci ilədək Turin klubunda çıxış edib. O, "Yuventus”un heyətində doqquz dəfə İtaliya çempionu və dörd dəfə ölkə kubokunun qalibi olub.




Bu yazı

10704 dəfə oxunub

Tarix

2019-07-05 12:51:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev