Liqa çempionatına yekun vurulub



Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə idmanın bu növü üzrə keçirilən və pilot layihə olan yeniyetmələr arasında liqa çempionatı başa çatıb.
"Şüa” İdman-Sağlamlıq Kompleksində baş tutan final oyununda ən yüksək nəticəni birinci liqada qızlar arasında "Sumqayıt-2”, oğlanların mübarizəsində "Sumqayıt-4” komandaları göstəriblər. İkinci liqada qızlardan ibarət "Şüa-1”, oğlanların yarışında isə "Qələbə-2” komandaları fərqləniblər. Üçüncü liqada isə qızların yarışında "Çıraqqala-2”, oğlanların mübarizəsində "Aran” komandaları qalib olublar. Liqa çempionatı 3 divizionda keçirilib. Birinci divizionda 7 oğlan, 7 qız komandası, ikinci divizionda 6 oğlan, 6 qız komandası, üçüncü divizionda isə 7 qız, 8 oğlan komandası mübarizə aparıb.
Çempionatda Azərbaycanın şəhər və rayonlarından 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı idmançılar güclərini sınayıblar.


Bu yazı

9948 dəfə oxunub

Tarix

2019-07-04 19:31:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev