Atletika hakimləri üçün seminar keçirilir



İyulun 4-də Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, "Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə atletika hakimləri üçün seminara start verilib.
Seminar beynəlxalq lektor Andrey Pianzin tərəfindən keçirilir.
Seminarın açılışında AAF-ın Baş katibi Məhərrəm Sultanzadə və hakimlər kollegiyasının sədri Şirin Vəliyev bildiriblər ki, məqsəd atletika hakimlərinin Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlanmasıdır.
Otuz hakimin iştirak etdiyi seminarın sonunda iştirakçılar imtahan verəcəklər.
Seminara iyulun 8-də yekun vurulacaq.


Bu yazı

7978 dəfə oxunub

Tarix

2019-07-04 19:57:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev