Bakı-2019-un atletika yarışlarında ölkəmizi təmsil edəcək idmançılar müəyyənləşib


İyulun 21-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Ölkəmiz atletika yarışlarında 18 idmançı ilə təmsil olunacaq. Azərbaycan atletləri qaçışın altı (100 m sədlərlə qaçış, 100 m, 200 m, 400 m, 800 m və estafet), tullanmanın üç (üçtəkanla, uzunluğa və hündürlüyə) növü, eləcə də lövhəatma və nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.
Qaçış üzrə kişilərin yarışlarında Aleksey Ələkbərov (100 m, estafet), Əli Abdıyev (200 m, estafet), Teymur Salahzadə (400 m, estafet), Vahid Kərimov (800 m) və Əlhəm Nağıyev (estafet) starta çıxacaqlar. Qızlardan isə Ayana Seyuşeva (100 m sədlərlə qaçış) Fəxriyyə Tağızadə (100 m, estafet), Lamiyə Vəliyeva (200 m, estafet), Bibixanım Qəmbərova, Sabrina Zralova (hər ikisi estafet), Nika Məmmədova (400 m, estafet) və Günel Manafova (800 m) məharətlərini sınayacaqlar.
Tullanma növlərində oğlanlardan Çingiz İsrafilov (üçtəkanla tullanma), Aydın Bədəlov (hündürlüyə tullanma), Məmmədağa Məmmədov (uzunluğa tullanma) çıxış edəcəklər. Lövhəatma yarışında ölkəmizi Yusif Nəzərov təmsil edəcək.
Qızlar arasında keçiriləcək tullanma yarışlarında Sabrina Zralova (uzunluğa və üçtəkanla tullanma), Ləman Hüseynova (hündürlüyə tullanma), nüvəitələmədə isə Günel Hüseynova medallar uğrunda mübarizə aparacaqlar.
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.



Bu yazı

2854 dəfə oxunub

Tarix

2019-07-05 18:38:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev