Brazilya Amerika kubokunun qalibi oldu



Braziliyada keçirilən futbol üzrə Amerika kubokunun final görüşü keçirilib. Turnirin həlledici görüşündə Braziliya millisi Peru yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "sambaçı”ların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk hesabı Braziliya seçməsi açıb. Matçın 15-ci dəqiqəsində Everton fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Peru hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Xose Paolo dəqiq yerinə yetirib. İlk hissəyə əlavə edilən dəqiqələrdə Braziliyanın oyunçusu Qabriel Xesus komandasını yenidən irəli çıxarıb.
Fasilədən sonra qarşılaşmanın 70-ci dəqiqəsində Braziliya millisinin heyətində fərqlənən Qabriyel Xesus ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib. Buna baxmayaraq Braziliya millisi görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Riçarlison 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub.
Beləliklə, Braziliya yığması tarixində doqquzuncu dəfə Amerika kubokunun qalibi olub.
Amerika kubokunun bürünc medallarını isə Argentina komandası qazanıb. Lionel Skaloninin yetirmələri üçüncü yer uğrunda həlledici matçda Çili komadasına 2:1 hesabı ilə qalib gəlib. Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.
Oyunun 37-ci dəqiqəsində argentinalı ulduz futbolçu Lionel Messi karyerası ərzində ikinci dəfə qırmızı vərəqə alaraq meydançadan qovulub. Ümumilikdə hakim oyun ərzində futbolçulara 2 qırmızı və 6 sarı kart göstərib.


Bu yazı

9063 dəfə oxunub

Tarix

2019-07-08 11:36:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev