Misir Futbol Assosiasiyasının başçısı istefa verib



Misir Futbol Assosiasiyasının (MFA) başçısı Xani Abo Rida ölkə millisinin Misirdə keçirilən Afrika millətlər kubokunun 1/8 finalında məğlubiyyətə uğramasından sonra istefaya gedib.
Afrika millətləri kubokunun 1/8 final matçında Misir millisi Cənubi Afrika Respublikasının komandasına 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra, həmçinin meksikalı məşqçi Havyer Aqirre başda olmaqla, bütün məşqçi heyəti istefaya göndərilib.
Misir millisinin ev turnirindəki uğursuz çıxışına görə məsuliyyəti 60 yaşlı meksikalı məşqçi Havyer Aqirre öz üzərinə götürüb.


Bu yazı

8581 dəfə oxunub

Tarix

2019-07-08 16:02:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev