Serena Uilyams böyük məbləğdə cərimələnib



ABŞ tennisçisi Serena Uilyams 10 min dollar cəriməyə məruz qalıb.
Buna 38 yaşlı idmançının Uimbldon məşq kortunun ot örtüyünü zədələməsi səbəb olub. İnsident ötən həftəsonu yarışdan əvvəl baş verib. Uilyams raketkasını korta çırparaq örtüyə ziyan vurub.
Qeyd edək ki, Serena Uilyams Böyük Dəbilqə seriyalı Uimbldon turnirində bu gün həmyerlisi Elison Riskə qarşı 1/4 final görüşünə çıxacaq. Turnirə iyulun 14-də yekun vurulacaq.


Bu yazı

12059 dəfə oxunub

Tarix

2019-07-09 15:21:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev