Nurməhəmmədovla Neyt Dias əlbəyaxa oldular


Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC 239 yarışı zamanı təşkilatın idmançıları Həbib Nurməhəmmədovla Neyt Dias arasında qarşıdurma faktını təsdiqləyib.
Bu barədə "Low Kick MMA” bildirib.
"Həbib Nurməhəmmədov və Neyt Dias dalaşdılar. Biz dava edənləri sakitləşdirdik və Qilbert Melendesin döyüşündən sonra Dias getdi. Bu iki nəfər bir-birlərindən iki cərgə aralıda dayanmışdılar, sonra davaya başladılar, biz ayırdıq”,- deyə o bildirib.
Dana Uayt baş verənləri pisləyib.
Şahidlərin dediyinə görə, UFC 239 yarışı zamanı Neyt Dias Nurməhəmmədovun olduğu sektora gəlib. Nəticədə döyüşçülərin komandaları arasında toqquşma başlayıb.


Bu yazı

2374 dəfə oxunub

Tarix

2019-07-10 12:33:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev