“Cütün taleyi ilə bağlı sual hələ öz həllini tapmayıb”



Oyundan razı qaldım. Komandamız yaxşı çıxış etdi və oyunda yetərincə təhlükəli qol vəziyyətəri yaratdı.
Bu fikirləri Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda "Qarabağ" ilə oyunu barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, klubun qalib gəlmək imkanı vardı. Lakin yaranan fürsətlərdən istifadə edə bilmədilər.
O söyləyib ki, bir az da bəxtləri gətirsəydi, qalib gələ bilərdilər: "Biz elə oyun qurmuşduq ki, rəqibi çaşbaş salaq. Bu gün yetirmələrim çox bacarıqlı idilər. Rəqib oyuna nəzarət edirdi. Amma biz də oyun intizamını qoruyurduq. Ən real qol vəziyyətlərini də bizim komanda yaratdı. Hesab edirəm ki, cütün taleyi ilə bağlı sual hələ öz həllini tapmayıb. Biz cavab görüşündə maksimum gücümüzü qoyacağıq. Necə oynayacağımızı da çox gözəl bilirik”
Qeyd edək ki, "Partizani"-"Qarabağ" matçının cavab görüşü "Dalğa Arena"da keçiriləcək.




Bu yazı

1787 dəfə oxunub

Tarix

2019-07-11 10:19:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev