Qurban Qurbanov: “Cavab oyununda müəyyən dəyişikliklər edə bilərik”



Oyun ərzində topa nəzarət daha çox "Qarabağ” klubunda oldu. Rəqibin müdafiə oyunu quracağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oyun nümayiş etdirdilər.
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında səsləndirib.
"Rəqib ikinci hissənin əvvəllərində bir neçə real qol vəziyyəti yaratdı. "Partizani” sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları olduğunu göstərdi. "Qarabağ” Bakıda buna hazır olmalıdır. Bugünkü qarşılaşmanı təhlil etdikdən sonra cavab oyununda müəyyən dəyişikliklər edə bilərik”, - deyə Q.Qurbanov vurğulayıb.


Bu yazı

6995 dəfə oxunub

Tarix

2019-07-11 11:23:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev