“Səbail” ilk oyunda məğlub oldu


İyulun 11-də Bakının "Səbail” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda "Bayıl Arena”da Rumıniyanın "Universitatea” komandası ilə qarşılaşıb.
Paytaxt təmsilçisi doğma meydanda 2:3 hesabı ilə uduzub. Bakılıların heyətində Ağabala Ramazanov 33-cü və 82-ci dəqiqələrdə fərqlənib.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra oynanılacaq.
Bu cütlüyün qalibi Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa "Honved” (Budapeşt, Macarıstan) – "Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


Bu yazı

9314 dəfə oxunub

Tarix

2019-07-11 21:05:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev