Bu dəfə də serbiyalı qalib gəldi


"Böyük dəbilqə” seriyasından olan "Uimbldon” tennis turnirinin kişilər arasında qalibi bəlli olub.
Final turnirinin qalibi adını serbiyalı tennisçi Novak Cokoviç qazanıb. O, isveçrəli Rocer Federerə 3:2 (7:6, 1:6, 7:6, 4:6, 13:12) hesabı ilə qalib gəlib.
4 saat 57 dəqiqə çəkən final görüşü dünya tennis tarixində ən uzun qarılaşma olub. Bundan əvvəlki rekord 2008-ci ildəki final görüşündə Rocer Federer və Rafael Nadala məxsus idi. Həmin final görüşüş 4 saat 48 dəqiqə sürmüşdü.
Xatırladaq ki, Federer və Cokoviç ATP turnirlərində 49 dəfə qarşılaşıblar. Bu oyunlardan 22-də isveçrəli tennisçi, 27-də isə serbiyalı tennisçi qələbə qazanıb.
Serbiyalı tennisçi "Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub.
"Uimbldon-2019” "Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki üçüncü turniridir. Qeyd edək ki, Londonda ənənəvi olaraq keçirilən turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır.



Bu yazı

3284 dəfə oxunub

Tarix

2019-07-15 10:10:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev