Gimnastlarımız FİSU-nu 1 qızıl, 2 gümüş medulla başa vurdular



İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.
Gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.
Gimnastımız həmçinin gürzlərlə hərəkətin icrasına görə də fərqlənib. Hakimlərlərdən 20.200 xal alan Zöhrə Ağamirova universiadanın ikinci gümüş medalını qazanıb.
Bununla da, Azərbaycanın gimnastika komandası universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.


Bu yazı

3578 dəfə oxunub

Tarix

2019-07-15 13:47:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev