Nazim Babayev Avropa çempionatında gümüş medal qazandı



Nazim Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında üç təkanla tullanmada gümüş medal qazanıb.
Yarışda üç təkanla N.Babayev 17.03 metr uzununa tullanıb və nəticədə ikinci olub. Çempionatda qızıl medalı Türkiyə atleti Necati Ər qazanıb (17.37 m).
Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qalib olub.


Bu yazı

7995 dəfə oxunub

Tarix

2019-07-15 16:13:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev