Cüdo yığmamız Budapeştdə bürünc medalla kifayətləndi



Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Qran-Pri yarışı keçirilib. Qran-Pri turnirində dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparıb. Yarışda 12 (7 kişi, 5 qadın) cüdoçu ilə təmsil olunan komandamız 1 bürünc medala sahib çıxıb. Yeganə medalı komandamıza Telman Vəliyev (73 kq) qazandırıb. İdmançımız
Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanaraq bürünc medala sahib olub.



Bu yazı

3454 dəfə oxunub

Tarix

2019-07-15 18:00:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev