Çingiz Hüseynzadə: “İnanıram ki, atletlərimiz bu yarışda yüksək nailiyyətlər qazanacaqlar”



Bu günə qədər keçirilən festivallarda idmançılar 9 idman növündə mübarizə aparıblar. Bakıda təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalında isə idmançılar 10 idman növündə qüvvələrini sınayacaqlar.
Bu sözləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
"Əvvəlki festivalarda güləş idaman növü oyunların proqramına salınmırdı. Lakin Avropa Olimpiya Komitələri ilə müzakirələrdən sonra güləş ilk dəfə olaraq yarışların proqramına daxil edildi. Güləş Azərbaycanın milli idman növüdür və pəhləvanlarımız hər zaman bu idman növündə yüksək nəticələr əldə ediblər. Bunları nəzərə alaraq, güləşin bu yarışın proqramına daxil edilməsini istədik və buna nail olduq. Bu yarışda gənc güləşçilərimizdən bu yarışda uğurlu nəticə gözləyirik. Bundan başqa cüdoçularımızdan, gimnastlarımızdan və atletlərimizdən də yüksək nəticələr gözləyirik. İdmançılarımız yarışlara yüksək səviyyədə hazırlaşıblar. İnanıram ki, atletlərimiz bu yarışda yüksək nailiyyətlər qazanacaqlar”, - deyə Çingiz Hüseynzadə bildirib.



Bu yazı

9181 dəfə oxunub

Tarix

2019-07-16 14:20:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev