Qələbəyə görə öz ölkəsində ali mükafatla təltif olunacaq



Rumıniyalı tennisçi Simona Halep Uimbldon turnirində qələbəyə görə Rumıniyanın ali mükafatı – Rumıniya Ulduzu Ordeni ilə təltif ediləcək. Mükafatı idmançıya Prezident Klaus Yohannis təqdim edəcək.
27 yaşlı Simona Halep iyulun 13-də Uimbldonda qadınlar arasında təkbətək yarışın finalında amerikalı Serena Uilyamsa qalib gəlib (6:2, 6:2).
"Böyük dəbilqə” seriyasından bu mövsümdə üçüncü turnir olan Uimbldon turnirinin qalibi Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində yeddinci yerdən dördüncü yerə yüksəlib.
Uimbldon finalı Halepin karyerasında birincidir. Bundan əvvəl onun ən yaxşı nəticəsi 2014-cü ildə turnirin yarımfinalına çıxması olub.
Halepin aktivində 5933 xal var. Reytinqdə birinci yeri avstraliyalı Eşli Barti (6605), ikinci yeri Yaponiya nümayəndəsi Naomi Osaka (6257), üçüncü yeri çexiyalı Karolina Plişkova (6055) tutur.
Rumıniya Prezidenti Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir: "Tennisçi Simona Halepin Uimbldonda çox uğurlu çıxışına görə və bu nailiyyətin etiraf edilməsi əlaməti olaraq Rumıniya
Prezidenti Klaus Yohannis Simona Halepin ali dövlət mükafatı – Rumıniya Ulduzu Ordeni ilə təltif edilməsini qərara alıb. Halep öz peşəkarlığı ilə gənclər üçün nümunə olub və onun uşaqlar arasında idmanın populyarlaşdırılmasına bu marağı ölkə idmançılarının gələcək uğurlarına ciddi təkan verir”.
Halep deyib: "Məni dəstəklədiklərinə görə öz ailəmə, komandama, əlbəttə, Qadın Tennis Assosiasiyasına (WTA), məni dəstəkləyənlərin, matçlar zamanı mənə güc verənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Final matçını möhtəşəm keçirdim. Mən qalib gəlmək istəyirdim və öz şansımdan istifadə edə bildim. İndi bir neçə gün dincəlmək və qələbə ləzzətini duymaq istəyirəm”.
Mükafatın təqdim edilməsi mərasimi Rumıniya Prezidentinin iqamətgahında keçiriləcək. Mərasimin tarixi bir qədər sonra müəyyən ediləcək.
Uimbldon turnirinin finalına çıxmaq Halepin karyerasında ilk dəfədir. Bundan əvvəl onun ən yaxşı nəticəsi 2014-cü ildə turnirin yarımfinalına çıxması olub.
Rumıniyalı tennisçi "Böyük dəbilqə” turnirlərində titul matçında beşinci dəfə iştirak edib. İndi onun aktivində bu turnirlərdə iki qələbə var. 2018-ci ildə o, Fransa açıq çempionatının qalibi olub. İyulun 15-də WTA-nın yenilənmiş reytinqində Halep dünyanın dördüncü raketkası olub.




Bu yazı

10092 dəfə oxunub

Tarix

2019-07-16 17:41:08

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev