Azarkeşlər "Dalğa Arena"ya pulsuz çatdırılacaq



"Qarabağ” bu gün saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın Partizani klubu ilə qarşılaşacaq.
Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən (klubun müraciəti əsasında) xüsusi avtobuslar ayrılıb.
18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq.
Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.



Bu yazı

7447 dəfə oxunub

Tarix

2019-07-17 17:18:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev