Neymar “Yuventus”a keçmək istəyir



Braziliya millisinin futbolçusu Neymar yay fasiləsində PSJ klubunu tərk etməkdə qərarlıdır.
27 yaşlı hücumu üçün prioritet variant sabiq klubu "Barselona”dır. Lakin kataloniyalılar bir müddət əvvəl 120 milyon avroya "Atletiko”nun hücumçusu Antuan Qrizmannı transfer etdiyi üçün Neymarın ora dönüşü çətin görünür.
Bu səbəbdən braziliyalı forvard "Real Madrid”, "Yuventus” və ya "Bavariya”ya keçməyin əleyhinə deyil.
Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.


Bu yazı

4965 dəfə oxunub

Tarix

2019-07-17 17:32:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev