Bir günlük transfer

Türkiyənin "Menemenspor" klubu yay transfer pəncərəsində bütün diqqətləri özünə cəlb edib. Birinci divizion təmsilçisi Portuqaliyanın həvəskarlar liqasında çıxış edən "Alkoşetense"nin futbolçusu Alfa Callounu heyətinə cəlb etsə də, bir gün sonra qambiyalı oyunçu ilə müqaviləni ləğv edib.

Buna səbəb menecerlərin futbolçunu İtaliyanın "Kyevo" klubunda oynayan həmsoyadı Lamin Callou ilə qarışıq salmasıdır. Lamini transfer etmək istəyən klub əvəzində Alfanı heyətinə qatıb ki, nəticədə bu cür kuryoz hadisə ortaya çıxıb.
Qeyd edək ki, Lamin Callou ötən mövsüm icarə əsasında "Salernitana"da 35 oyuna 6 qol vurub. A. Callou isə bu günə qədər peşəkar səviyyədə oyun keçirməyib.



Bu yazı

10020 dəfə oxunub

Tarix

2019-07-17 21:35:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev