Təmsilçilərimiz dünya çempionatında uğurla çıxış ediblər



Moskvada keçirilən Braziliya ciu-citsusu üzrə açıq dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər. 2 minədək idmançının qatıldığı çempionatda təmsilçilərimizdən Fəxrəddin Hüseynov və Vüsal Eynullayev bütün rəqiblərini üstələyərək birinci olublar. Ayaz Süleymanov, Mehman Fətəliyev, Çingiz Mehdiyev, Aslan Qədimli və Həsən Səfərəliyev isə gümüş medallarla kifayətləniblər.
Yığma komandamız çempionatda 20 idmançı ilə təmsil olunub.



Bu yazı

8615 dəfə oxunub

Tarix

2019-07-18 14:27:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev