Roberto Bordin: “Futbolçularımı təbrik edirəm”



Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə ciddi yanaşsınlar.
Bunları "Neftçi”nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Speranta” komandasını 6:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər: "Bəziləri asan qələbə qazandığımızı düşünə bilər. Ancaq matçın əvvəlində çətinlik yaşadıq. Futbolçularımı oyuna köklənərək qalib gəldikləri üçün təbrik edirəm. Bu, bütün komandanın qələbəsidir. Oyunçuların hamısı özlərini yaxşı göstərdilər. İsmayıl Zülfüqarlı da gənc olmasına rəğmən, yaxşı çıxış etdi. Qol vurması mənim üçün hədiyyə oldu. Ulduz xəstəliyinə düşsə, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidir. Öz üzərində çox çalışmalıdır. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. Ürəyimizcə olmayan başqa nüanslar var. Onların üzərində işləyəcəyik. Azərbaycan futbol tarixində ilk dəfə 6:0 hesablı ev qələbəsi qazandığımız üçün sevinirəm. Amma topu özümüzdə saxlamaqla bağlı problem var. Bunun üzərində çalışacağıq".


Bu yazı

4336 dəfə oxunub

Tarix

2019-07-19 16:16:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev