Cüdoçumuz Asiya kubokunun finalında



Azərbaycan cüdoçusu Şahin Qəhrəmanov Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışlarının finalına vəsiqə qazanıb.
100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü finalda koreyalı Jinsu Kangla qarşılaşacaq.
Daha əvvəl təmsilçimiz Yaşar Nəcəfov (60 kq) yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.
Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.


Bu yazı

4343 dəfə oxunub

Tarix

2019-07-19 19:45:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev