“Qarabağ” əgər mərhələ keçsə...



UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 2-ci təsnifat mərhələsinin 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.
Bundan başqa, ölkəsində çempion olmayan klubların Liqa yolunda rəqiblərini müəyyənləşib.

Xatırladaq ki, "Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub. 2-ci təsnifat mərhələsində İrlandiya "Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Kluj, Rumıniya)/”Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik” (Şotlandiya)/”Nomme Kalyu” (Estoniya) cütünün qalibi
"Sutyeska” (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dundalk” (İrlandiya)/ "Qarabağ” (Azərbaycan) cütünün qalibi
PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya)
"Saburtalo” (Gürcüstan)/ "Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş” (Macarıstan)/”Valletta” (Malta) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/ "Kopenhagen” (Danimarka) cütünün qalibi
"Maribor” (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/ "Rusenborq” (Norveç) cütünün qalibi
Liqa yolu
"Başakşəhər” (Türkiyə) - "Viktoriya” (Çexiya)/”Olimpiakos” (Yunanıstan) cütünün qalibi
"Krasnodar” (Rusiya) - "Portu” (Portuqaliya)
"Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya)/”Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)
Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.


Bu yazı

7448 dəfə oxunub

Tarix

2019-07-22 16:35:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev