“Qəbələ” və “Neftçi”nin də rəqibləri müəyyənləşdi



Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri "Qəbələ” və "Neftçi”nin də potensial rəqibi məlum olub. "Qırmızı-qaralar” 2-ci mərhələdə Tbilisi "Dinamo”sunu keçsə, Hollandiyanın "Feyenoord” klubu ilə qarşılaşacaq.
"Neftçi” isə "Arsenal”ı (Rusiya) mübarizədən kənarlaşdırsa, İsrailin "Bney Yehuda” klubu ilə üz-üzə gələcək. İkinci mərhələni keçəcəyi təqdirdə "Qəbələ” 3-cü mərhələyə səfərdə, "Neftçi” evdə başlayacaq.
  
"Arsenal” (Tula, Rusiya)/”Neftçi” (Azərbaycan) cütünün qalibi - "Bney Yehuda” (İsrail)
 
"Feyenoord” (Hollandiya)/”Qəbələ” (Azərbaycan) - "Dinamo” (Tbilisi, Gürcüstan)
  
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.


Bu yazı

2965 dəfə oxunub

Tarix

2019-07-22 17:41:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev