Bakı-2019:​ Həndbolçu qızlarımızdan uğursuz start​ - VİDEO


İyulun 23-də "ABU Arena"da Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarının ikinci gününə start verilib. Yarışların ikinci günündə​ B​ qrupunda​ mübarizə​ aparan Azərbaycanın qızlardan ibarət həndbol komandası meydana çıxıb. Komandamız Macarıstan millisi ilə qarşılaşıb. Görüş Macarıstan həndbolçuların qələbəsi ilə başa çatıb - 23:47
Qeyd edək ki, həm qızların, həm də​ oğlanların həndbol yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qızların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar.​ Oğlanların mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıblar.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.   









Bu yazı

9275 dəfə oxunub

Tarix

2019-07-23 15:41:29

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev