Xasay Həsənli: "Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm"


Avropa Gənclər Olimpiya Festivalında medal qazandığım üçün çox sevinirəm. Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm.​

Bu sözləri Olimpiyadunyasi.com​ saytına açıqlamasında Avropa Gənclər Olimpiya Festivalının yunan-Roma güləşi​ üzrə qızıl medalçısı Xasay Həsənli (65 kq) bildirib.​

"Yarışlar​ yüksək​ səviyyədə təşkil olunub.​ Burada​ idmançılar üçün hər cür şərait yaradılıb. Bakı-2019-a​ yüksək səviyyədə​ 
hazırlaşmışdım. Yarışa əsas hazırlıqlarımız Göygöl Olimpiya İdman Kompleksində keçmişdi. Festivalda mükafatçılar sırasında​ yer​ alacağıma əmin idim.​ Düzdür,​ yarışlar o​ qədər​ də​ asan olmadi.​ Əsas​ rəqibim almaniyalı​ idmançı idi. Çox gərgin görüş oldu. Lakin​ sonda rəqibimə qalıb​ gələrək​ Bakı-2019-un qızıl medalına sahib çıxdım. Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu medalın. karyeramda əhəmiyyəti çox böyükdür. Çalisacağam ki, gələcək yarışlarda da uğurumu davam etdirim",​ - deyə Xasay Həsənli bildirib.​ 




Bu yazı

9641 dəfə oxunub

Tarix

2019-07-23 17:40:29

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev