Namiq Əliyev: "Komandamızı parlaq qələbə münasibəti ilə təbrik edirəm"


Güləş yarışları göründüyü kimi, çox çətin keçdi. Biri-birindən ağır mübarizələrə şahidlik etdik. Komandamızın 18 üzvündən 16-sı mükafatçılar sırasında yer aldı.  
Bu sözləri "olimpiyadunyasi.com" saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib. 
"8 güləşçimiz yarışları qızıl medalla tamamladı. Bu çox yüksək nəticədir. Nəticələr göz qabağındadır. Güləşçilərimiz hər şeyi qazandığı nailiyyətlərlə bir daha sübut etdi. Komandamızı bu parlaq qələbə münasibəti ilə təbrik edirəm. Qarşıda güləşçilərimizi dünya çempionatı gözləyir. Təqvim çox sıx olduğu üçün idmançılarda bir qədər yorğunluq var. Güləşçilərimizi demək olar ki, bu ərəfədə ardıcıl olaraq biri-birindən çətin sınaqlar gözləyir. Lakin inanıram ki, pəhləvanlarımız qarşıdakı yarışlardan da üzü ağ çıxmağı bacaracaqlar. Komandamıza gələcək yarışlarda uğurlar arzulayıram", - deyə Namiq Əliyev bildirdi.


Bu yazı

3121 dəfə oxunub

Tarix

2019-07-23 18:56:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev