Festivalın həndbol yarışlarının qrup mərhələsinə yekun vurulacaq



İyulun 24-də Bakı:2019 XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının üçüncü günündə qrup mərhələsinin sonuncu oyunları keçirilir.
Günə qızların yarışının B qrupunda paralel keçən Macarıstan-İsveçrə və Çexiya-Azərbaycan oyunu ilə start verilib.
A qrupunda saat 18:30-da başlayacaq Fransa-Rumıniya və Hollandiya-İspaniya oyunları ilə qızların mübarizəsində qrup mərhələsinə yekun vurulacaq.
İki turdan sonra A qrupunda Rumıniya 3, Hollandiya və Fransa 2, İspaniya isə 1 xal toplayıb. B qrupunda isə İsveçrə və Macarıstanın 4 xalı var. Çexiya və Azərbaycan həndbolçularının aktivində xal yoxdur.
Oğlanların yarışına isə saat 16:30-da B qrupu çərçivəsində İslandiya-Xorvatiya və Fransa-Sloveniya görüşləri başlayacaq. Saat 20:30-da isə A qrupunda yer alan komandalar meydana çıxacaqlar. Danimarka seçməsi Almaniyanı, Serbiya yığması isə Azərbaycan millisi ilə üz-üzə gələcək.
Festivalda oğlanların yarışında A qrupunda Almaniya və Danimarkanın 4 xalı var. Serbiya və Azərbaycan seçmələri hər iki oyunda uduzublar. B qrupuna isə 3 xalla İslandiya millisi başçılıq edir. Bu qrupda Sloveniya və Fransanın 2, Xorvatiyanın 1 xalı var.
Bakı İdman Sarayında və "ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.


Bu yazı

9332 dəfə oxunub

Tarix

2019-07-24 14:39:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev