Üzgüçümüz yarımfinala vəsiqə qazanıb



Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalında üzgüçülük yarışları davam edir. Yarış günündə Azərbaycan yığmasının üç üzvü mübarizəyə başlayıb. Qızların 100 m məsafəyə batterflyayla üzmə yarışında təmsilçimiz uğurlu çıxış edib. Məryəm Şeyxəlizadəxangah təsnifatda 1 dəqiqə 02,11 saniyə ilə 49 üzgüçü arasında 8-ci olub. Bununla da idmançı yarımfinala yüksəlib. O, bu gün saat 17:43-də baş tutacaq mərhələdə finala vəsiqə üçün mübarizə aparacaq. 200 m məsafəyə sərbəst üsulla üzən qızların yarışında Aysel Səfərova qüvvəsini sınayıb. Təsnifatda 2 dəqiqə 18,22 saniyə nəticə göstərən təmsilçimiz 47 idmançı arasında 46-cı olub.
Əliyar Cahangirbəyov isə oğlanların 200 m məsafəyə arxasıüstə üzmə yarışında mübarizə aparıb. O, təsnifatda 2 dəqiqə 14,82 saniyəyə üzərək 31 iştirakçıdan 29-cu olub.


Bu yazı

3640 dəfə oxunub

Tarix

2019-07-24 15:17:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev