Gimnastımız təsnifat yarışlarında çıxışını başa vurub




Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir.
İdman gimnastikası yarışlarının ikinci günündə qadın atletlər təsnifat yarışlarında güclərini sınayırlar. Ölkəmizi təmsil edən Milana Minakovskaya çıxışını başa vurub. Dörd alətdə mübarizə aparan idmançımız hakimlərdən 44,300 xal alıb və hazırda 31-ci pillədə qərarlaşıb.
Ötən gün kişi gimnastların təsnifat yarışlarında uğurla çıxış edən Azərbaycan atleti Səməd Məmmədli üç alət üzrə finala yüksəlib. Belə ki, gimnastımız sərbəst hərəkətlər, dəstəli at və çöxnövçülükdə medallar uğrunda yarışacaq.
İdman gimnastikası üzrə final yarışları iyulun 25-27-də keçiriləcək.


Bu yazı

9021 dəfə oxunub

Tarix

2019-07-24 16:34:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev