Bakı-2019: Cüdoçularımız ilk yarış günündə üç medal qazana bilər


İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalında çüdoçuların mübarizəsinə start verilib. İlk yarış günündə Azərbaycan millisinin 4 üzvü tatami üzərinə çıxıb. Onlardan biri finala yüksəldiyi halda, ikisi bürünc medal şansı qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov debütdə Adam Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib. Cüdoçumuz yarımfinalda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib və yenə də tatamidən qalib ayrılıb. O, finalda çempionluq üçün rusiyalı Rizvan Maqomadovu sınağa çəkəcək.
Digər cüdoçumuz Şükran Zamanlı (55 kq) da festivala qələbə ilə başlayıb. Milli üzvü Migel Gaqodan (Portuqaliya) üstün olub. Lakin idmançı bu uğurun davamını gətirə bilməyib. İkinci cəhdində macarıstanlı Bense Farkaşa uduzub. Buna baxmayaraq, təsəlliverici görüşlərdə iştirak edən həmyerlimiz almaniyalı David İckes və hollandiyalı Laurens Vilmsdən güclü olub. O, bürünc medal uğrunda döyüşəcək.
44 kq çəkidə qüvvəsini sınayan Gülşən Bəşirova da Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub. Təsəlliverici qarşılaşma isə G. Bəşirovanın xeyrinə yekunlaşıb. O, polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gələcək.
İsmayıl Qənbərli (50 kq) startda Sergey Mastryukova (Rusiya) uduzub. Onun rəqibi növbəti mərhələdə məğlub olduğu üçün təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşıb.
Qeyd edək ki, Festivalda Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.


Bu yazı

4263 dəfə oxunub

Tarix

2019-07-24 14:48:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev