Festivalın voleybol yarışlarında növbəti görüşlər keçirilib



İyulun 24-də Bakı-2019-da oğlan və qız voleybolçuların mübarizəsinin üçüncü günündə ilk görüşlər başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında birinci görüşdə A qrupu çərçivəsində Almaniya və Belarus yığmaları üz-üzə gəliblər. Belarus voleybolçuları rəqiblərini 3:1 (26:24, 25:21, 25:19, 25:19) hesabı ilə məğlub edərək festivalda ikinci qələbələrini qazanıblar. Xallarının sayını altıya çatdıran Belarus komandası növbəti mərhələyə yüksəlib. Bu qrupda digər oyun Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək. Oyun saat 16:30-da başlayacaq.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə ilk oyunda A qrupunda yer alan və hər birinin hesabında altı xal olan
Rusiya və Rumıniya komandaları qarşılaşıblar. Qrup birincisi olmaq uğrunda keçirilən görüşdə Rusiya voleybolçuları qalib gəliblər - 3:1 (25:16, 25:20, 19:25, 27:25).
Beləliklə, üç oyunda maksimum - doqquz xal toplayaraq qrup lideri olan rusiyalı voleybolçular və altı xalla qrupda ikinci olan rumıniyalı idmançılar yarımfinala vəsiqəni təmin ediblər.


Bu yazı

3393 dəfə oxunub

Tarix

2019-07-24 17:34:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev