Komandamızın bayraqdarı Bakı-2019-un gümüş medalına sahib çıxdı


Heydər Əliyev adına İdman Arenasında  keçirilən cüdo yarışları davam edir. 
Cüdo yarışların ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız Buenos-Ayres-2018-in qalibi Vüqar Talıbov (73 kq) mükafatçılar sırasınada yer alıb. Komandamızın bayraqdarı Avropa Gənclər Olimpiya Festivalının gümüş medalına sahib çıxıb. 
Mübarizəyə səkkizdəbir finaldan başlayan cüdoçumuz əvvəlcə belaruslu Dzianis Yauseyenkanı, sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edib. V.Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəkə ipponla qalib gələrək finala vəsiqə qazanıb.  Buenos-Ayres-2018-in qalibi həlledici görüşdə italiyalı Luici Kentraçioya məğlub olaraq  gümüş medala sahib çıxıb. 
Komandamızın digər üzvlərindən Aytac Qardaşxanlı (57 kq) və Mətin Rzazadə (66 kq) yarışları beşinci pillədə tamamlayıb.


Bu yazı

8950 dəfə oxunub

Tarix

2019-07-25 18:30:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev