Festivalın cüdo yarışlarında üçüncü gün



Bu gün Heydər Əliyev adına İdman Arenasında XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının üçüncü gününə start verilib.
Yarışların üçüncü günündə qızlar 70 kq və +70 kq, oğlanlar 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində mübarizə aparırlar. Gün ərzində Azərbaycanın dörd idmançısı gücünü sınayacaq.
Qızların yarışında Nərmin Əmirli (70 kq) səkkizdəbir finalda hollandiyalı Yael Van Hemst ilə görüşəcək. Oğlanların mübarizəsində isə onaltıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) rumıniyalı Vlad Topala (Rumıniya), Ruslan Nəsirli (90 kq) bolqarıstanlı Borislav Vladov, səkkizdəbir finalda Hüseyn Məmmədov (+90 kq) Almaniya təmsilçisi Daniel Udsilauri ilə qarşılaşacaqlar.
Xatırladaq ki, cüdo yarışlarının birinci və ikinci günlərində Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar.
İyulun 27-də qarışıq komanda yarışları keçiriləcək.


Bu yazı

8897 dəfə oxunub

Tarix

2019-07-26 10:37:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev